Ara
Populyar Brendlər
Karaca
Karaca Home
Evfemiya
Crystal Bohemia
RCR
Jumbo
BergHOFF
Ariete
bilgilendirme Geri Qaytarma Şərtləri
bilgilendirme Şəxsi Məlumatların Qorunması
bilgilendirme Şirkət Haqqında
bilgilendirme İstifadəçi Təlimatları
bilgilendirme Sifariş İzləmə
bilgilendirme Yardım
geri

Məlumatların qorunması qanunauyğunluqları

İstifadəçilərimizin şəxsi məlumatlarının qorunması, Azərbaycan Respublikası Konstitusiyasının 998-3-cü (Fərdi Məlumatlarların Toplanması) və 161-ci (Fərdi Məlumatların Mühafizəsi) maddələrində nəzərdə tutulmuş qanunvericilik prinsiplərinə əsasən tərtib edilmişdir.

 

 

Fərdi məlumatların hüquqi rejimi və mühafizəsi:

Fərdi məlumatlar toplandığı andan mühafizə olunur və bu məqsədlə daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür.

Fərdi məlumatların mühafizəsi mütəxəssislər və şirkət rəhbərliyi tərəfindən təmin olunur.

Fərdi məlumatların informasiya sistemlərinin yaradılması və tətbiq edilməsi hüquqi və texniki sənədləşdirmə əsasında təyin edilir.

Fərdi məlumatlar ümumi istifadəli informasiya sisteminə açıq mənbələrdən daxil edildikdə, subyekt daxil edilən məlumatların tərkibi və əldə edilmə mənbəyi barədə həmin informasiya sisteminin operatoru tərəfindən məlumatlandırılır.

Fərdi məlumatların arxivləşdirilməsinə aid qaydalar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

 

 

Fərdi məlumatların toplanılmasının və işlənilməsinin əsas şərtləri:

Fərdi məlumatlar dəqiq, tam olmalı və zərurət yarandıqda təzələnməlidir.

Fərdi məlumatlar yalnız korporativ informasiya sistemində, bu sistemdən istifadə etmək hüququ olan istifadəçiyə xidmət göstərir.

Toplanılan və işlənilən fərdi məlumatların həcmi və xarakteri bəyan edilmiş məqsədlərə və mülkiyyətçilərin səlahiyyətlərinə uyğun olmalıdır.

Fərdi məlumatlar yalnız qanuni, əvvəlcədən müəyyən olunmuş və bəyan edilmiş məqsədlər üçün toplanır və göstərilmiş məqsədlərə uyğun üsullarla işlədilir.

Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.

 

 

Fərdi məlumatların toplanması və işlənməsi zamanı nəzərdə tutulmuş əsas təhlükəsizlik tələbləri:

Fərdi məlumatların işlənilməsində avtomatlaşdırılmış texniki vasitələrin işinin pozulmasına gətirib çıxaran təsirlərə yol verilməməsi;

Fərdi məlumatlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsi;

Fərdi məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması;

Fərdi məlumatların işlənilməsi zamanı onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin müəyyən edilməsi - bunun əsasında ehtimal edilən təhdidlərin neytrallaşdırılmasını təmin edən fərdi məlumatların mühafizə sisteminin işlənib hazırlanması və daim təkmilləşdirilməsi;

Fərdi məlumatların saxlandığı mərkəzlərin ehtiyat enerji sistemi və yanğın- mühafizə siqnalizasiya sistemi ilə təchiz edilməsi;

İnformasiyanın ötürülməsi üçün istifadə olunan şifrləmə sisteminin açarının uzunluğunun 256 bit-dən az olmaması.

 

 

İnformasiya məkanının fərdi məlumatlar üzrə bölümü

İnformasiya məkanının fərdi məlumatlar üzrə bölümünün formalaşdırılması, istifadəsi və inkişafı vahid elmi-texniki konsepsiya əsasında həyata keçirilir.

Fərdi məlumatların informasiya sistemlərinin milli informasiya məkanında dayanıqlı və mühafizə ilə təmin olunmuş şəkildə qarşılıqlı fəaliyyət göstərməsi və bu sahədə pərakəndəliyə yol verilməməsi üçün onların təminat vasitələrində informasiya texnologiyaları və təhlükəsizlik standartları tətbiq edilir.

İnformasiya məkanının fərdi məlumatlar üzrə bölümündə paylanmış ayrı-ayrı informasiya sistemlərində eyni subyekt barədə məlumatların uzlaşdırılmasını, bu sahədə pərakəndəliyin və təkrarlığın qarşısının alınmasını təmin etmək üçün fərdi identifikasiya nömrəsi tətbiq olunur. Ayrı-ayrı mülkiyyətçilərin və müxtəlif təyinatlı fərdi məlumatların informasiya sistemlərinin və ehtiyatlarının birləşdirilməsi, qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, yolverilməzdir.

 

 

Subyektin Hüquqları:

Veb-sayt üzərində özü barəsində fərdi məlumatların mövcudluğu və onların operatoru haqqında məlumat almaq;

İnformasiya sistemində özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq;

İnformasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların mühafizəsini tələb etmək;

Özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağa qoyulmasını tələb etmək;

Fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi xarakter daşıdığı hallar istisna olmaqla, subyekt onun barəsində olan məlumatların toplanılmasına və işlənilməsinə etiraz etmək hüququna malikdir.